Dele Alli İtaliya klubunda məşqlərə başlayacaq

İdman

26.12.2024 12:48

İngiltərənin "Tottenhem" və "Everton" klublarının keçmiş futbolçusu Dele Alli İtaliya təmsilçisi "Komo"da bu gündən məşqlərə başlayacaq.

TodayPress xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

D.Alli yayda "Everton"dan ayrıldıqdan sonra heç bir klubla rəsmi şəkildə anlaşmayıb. 

İngiltərəli yarımmüdafiəçi sonuncu dəfə 2023-cü ilin fevralında icarə əsasında oynadığı Türkiyənin "Beşiktaş" klubunun heyətində meydana çıxıb.

tag: Komo ,Məşq, İcarə, Everton ,todaypress.az,