Dele Alli A Seriyasının autsayderi ilə anlaşdı
İdman
20.01.2025 10:46
Futbol üzrə İngiltərə millisinin və “Tottenhem” klubunun sabiq üzvü Dele Alli İtaliya A Seriyasının “Komo” klubuna keçib.
TodayPress klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Komo təmsilçisi ilə 2026-cı ilin yayınadək müqavilə imzalayıb.
Anlaşmaya görə 28 yaşlı futbolçu daha bir mövsüm “Komo” da oynaya biləcək.
Qeyd edək ki, ötən ilin yayında “Everton”dan ayrılan Alli sərbəst agent statusunda idi.
Mərkəz yarımmüdafiəçisi 2015-2022-ci illərdə “Tottenhem” klubunda oynayıb.
O, karyerası ərzində İngiltərənin “Milton Keyns Dons” və Türkiyənin “Beşiktaş” klublarında da çıxış edib.
Namiq HUN
tag: Milton Keyns Dons,Beşiktaş,Klub,Komo,Todaypress.az,