Dele Alli A Seriyası klubuna keçə bilər
İdman
01.10.2024 19:10
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Il Secolo XIX” məlumat yayıb.
“Cenoa” klubu Antonio Kandreva ilə danışıqları dayandırıb. Genua təmsilçisi 28 yaşlı ingilis futbolçu ilə müqavilə bağlamaq imkanlarını araşdırır.
Qeyd edək ki, Dele Alli 2023-cü ilin fevralında “Beşiktaş”da icarədə olarkən ciddi zədə alıb və o vaxtdan meydanlarda görünmür.
Bu yay orta xətt oyunçusunun “Everton” klubu ilə müqaviləsi başa çatıb. Alli hazırda azad agentdir.
Namiq HUN
tag: İngiltərə ,Dele Alli,İtaliya ,A Seriyası,Cenoa,Antonio Kandreva,todaypress.az,