Del Pyero prezident ola bilər
İdman
25.11.2024 16:46
Keçmiş futbolçu Alessandro Del Pyero İtaliya Futbol Federasiyasının prezidenti ola bilər.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya milli komandasının və “Yuventus” klubunun sabiq oyunçusu İtaliya Futbol Federasiyasının rəhbəri postuna namizədliyini irəli sürüb.
Federasiyada prezident seçkiləri 3 fevral 2025-ci ildə keçiriləcək.
Hazırda federasiyaya 2018-ci ildən bəri bu vəzifədə olan Qabriele Qravina rəhbərlik edir.
Namiq HUN
tag: İtaliya,Alessandro Del Pyero ,Yuventus,Qabriele Qravina, todaypress.az,