Deklan Rays ən yaxşı futbolçu seçildi

İdman

11.04.2025 17:49

9

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusunun adı açıqlanıb.   

TodayPress UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu şərəfə “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays layiq görülüb. 

26 yaşlı futbolçu “Real Madrid” klubuna qarşı matçda 2 dəfə cərimə zərbəsindən baxımlı qola imza atmaqla diqqət mərkəzinə düşüb. 

O, səsvermədə PSJ-dən Xviça Kvaratsxeliyanı, “Barselona”dan Robert Levandovskini və “İnter”dən Alessandro Bastonini üstələyib.   

Namiq HUN

tag: Deklan Rays,Arsenal,Klub,Futbol,Todaypress.az,