Dekereşdən fantastik göstərici

İdman

18.11.2024 13:34

“Sportinq” klubunun forvardı Viktor Dekereş təqvim ilində vurduğu qolların sayını 54-ə çatdırıb.

TodayPress xəbər verir ki, futbolçu Kriştiano Ronaldonun ötənilki nailiyyətini təkrarlayıb.

İsveçli hücumçunun bu göstəricini yaxşılaşdırmaq üçün hələ ay yarım vaxtı var.

Qeyd edək ki, Dekereş həm də ötürmələrin sayına görə Ronaldonu keçib. “Sportinq”in oyunçusunun 16, “Əl-Nəsr” forvardının isə 15 qol ötürməsi var.

Namiq HUN

tag: Dekereş, Ronaldo, Əl-Nəsr,Sportinq, İsveç, todaypress.az,