De Xea “Fiorentina”nı tərk edir?

İdman

20.11.2024 02:00

“Fiorentina”nın qolkiperi David de Xea Avropanın bir neçə klubunun hədəfinə çevrilib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, potensial namizəd klublar ispaniyalı futbolçunu gələn yay, “Fiorentina” ilə müqaviləsi başa çatdıqdan sonra almaq istəyirlər.

Qeyd edək ki, De Xea yayda azad agent kimi Florensiya təmsilçisinin heyətinə qoşulub. Daha əvvəl isə o, 12 il “Mançester Yunayted”də çıxış edib. 

34 yaşlı qolkiper İtaliya çempionatının cari mövsümündə 9 oyun keçirib, 7 top buraxıb və 4 görüşdə qapısını toxunulmaz saxlayıb.

Namiq HUN

tag: David de Xea ,Fiorentina,Florensiya, İtaliya, Çempionat, todaypress.az,