De Xea “Fiorentina” ilə anlaşdı

İdman

09.08.2024 11:55

“Mançester Yunayted” klubunun keçmiş qapıçısı David de Xea özünə yeni komanda tapıb.

TodayPress xəbər verir ki, ispaniyalı futbolçu tibbi müayinədən keçmək və “Fiorentina” ilə müqavilə imzalamaq üçün Florensiyaya uçub. 

Tərəflər arasındakı müqavilə 2026-cı ilin yayına qədər uzadılma variantı ilə bir mövsümlük olacaq.

De Xea ötən yay “Mançester Yunayted”dən azad agent kimi ayrılıb. 

33 yaşlı qolkiper “Mançester Yunayted”lə İngiltərə çempionu olub. David de Xea 13 il “qırmızı şeytanlar”ın şərəfini qoruyub. 

Namiq HUN

tag: Mançester Yunayted,De Xea, İngiltərə,Fiorentina, Çempion, todaypress.az,