De Bruyne holdinqdən təklif aldı
İdman
06.12.2024 15:55
“Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını “City Football Group”a daxil olan klublardan birində davam etdirə bilər.
TodayPress “The Telegraph”a istinadən xəbər verir ki, “şəhərlilər” De Bruyneyə klubu dəyişmək istəyəcəyi halda, holdinqə daxil olan komandalardan biri ilə müqavilə təklif etməyə hazırdır.
“City Football Group”a “Melburn Siti”, “Nyo York Siti”, “Mumbay Siti”, “Montevideo Siti”, “Troya”, “Lommela”, “Palermo” və “Bahia” kimi klublar daxildir.
Holdinqin “Jirona”, “Şenzhen Pan Siti” və “Yokohama F. Marinos”da da payları var.
Qeyd edək ki, Kevin De Bruynenin “Mançester Siti” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Namiq HUN
tag: Klub,Mançester Sit, Müqavilə, Təklif, todaypress.az,