De Bruyne Avropa futbolundan yorulub

İdman

25.10.2024 12:28

“Mançester Siti” klubunun kapitanı Kevin de Bruyne MLS-ə keçəcək.

TodayPress “Sky Sports”a istinadən xəbər verir ki, belçikalı futblçu  “şəhərlilər”lə yeni müqavilə imzalamaq niyyətində deyil, çünki onu gərgin futbol təqvimi qane etmir. 

Yarımmüdafiəçi Avropa futbolunun intensivliyindən yorulduğunu bildirib.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Kevinin xidmətində maraqlıdır. 

MLS klubları arasında isə Kevini “San Dieqo” nəzarətdə saxlayır. Futbolçu şəxsi səbəblərdən Amerika çempionatına keçmək istəyir.

Qeyd edək ki, De Bruyne cari mövsüm “şəhərlilər”in heyətində 6 oyun keçirib. Onun hesabında 1 qol və 1 məhsuldar ötürmə var.

Futbolçunun “Siti” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Namiq HUN

tag: De Bruyne, Avropa, San Dieqo, Mançester Siti,MLS, todaypress.az,