DÇ-2026: Norveçdən darmadağın, Çexiya və Uelsdən qələbə
Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları davam edir.
TodayPress xəbər verir ki, I, J və L qruplarında I turun görüşləri keçirilib.
I qrupunda Norveç ilk sınağında səfərdə Moldovanı darmadağın edib 5:0. İsrail – Estoniya qarşılaşmasında isə israilli Eli Dasanın qolu həlledici olub 2:1.
J qrupunda Şimali Makedoniya səfərdə Lixtenşteyni 3:0 hesabı ilə məğlub edib. Uels Qazaxıstan ilə qarşılaşmada doğma meydan amilindən layiqincə faydalanıb 3:1.
L qrupunda isə daha təcrübəli meydan sahibləri seçmə mərhələnin ilk turunda qələbəni bayram ediblər. Monteneqro Cəbəllütariqə (3:1), Çexiya isə Farer Adaları yığmasına (2:1) qalib gəlib.
Namiq HUN
tag: Futbol ,Avropa zonası ,Norveç ,Moldova,todaypress.az,