DÇ-2026-nın favoritləri açıqlandı
İdman
20.10.2024 16:00
DC-2026-nın favoritləri bəlli olub.
TodayPress xəbər verir ki, “Goal” portalı mundialın qalibi olmağa əsas namizədləri açıqlayıb.
Ötən cədvəllə müqayisədə siyahının lideri dəyişib. DÇ-2026-nın əsas favoriti artıq İspaniya millisidir.
Avropa təmsilçisi son dünya çempionu Argentinanı zirvədən sıxışdıra bilib. 3-cü yerdə Almaniya qərarlaşıb.
16 favoritin yer aldığı siyahıda ABŞ, Meksika və Kanadanın da olması maraq doğurur.
Onların favoritlər sırasına daxil edilməsi DÇ-2026-nın ev sahibləri olması ilə bağlıdır.
1. İspaniya; 2. Argentina; 3. Almaniya; 4. İngiltərə; 5. İtaliya; 6. Fransa; 7. Kolumbiya; 8. Portuqaliya; 9. Braziliya; 10. Niderland; 11. Xorvatiya; 12. Belçika; 13. Kanada; 14. Meksika; 15. Uruqvay; 16. ABŞ.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə keçirəcəyi dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək 48 komandanın iştirakı ilə baş tutacaq.
tag: İspaniya,Almaniya,İtaliya,ABŞ,DC-2026,Todaypress.az,