DÇ-2026: Millimizin oyunlarının TƏQVİMİ

İdman

24.03.2025 10:28

2298

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki oyunlarının təqvimi dəqiqləşib.

TodayPress xəbər verir ki, bu, Millətlər Liqasının 1/4 final matçlarından sonra mümkün olub.

Ukrayna və İslandiya komandalarının ardından Fransa da millimizin yer aldığı D qrupuna düşüb. “Üçrənglilər” Xorvatiyanı üstələməklə buna nail olub. Komandalar arasında baş tutan hər iki matçı meydan sahibi olan tərəf 2:0 hesabı ilə üstün tamamlayıb. Parisdəki cavab qarşılaşmasının penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan Fransa yığması cütün qalibi olub.

5 sentyabr 2025

22:45. İslandiya – Azərbaycan

22:45. Ukrayna – Fransa

9 sentyabr

20:00. Azərbaycan – Ukrayna

22:45. Fransa – İslandiya

10 oktyabr

22:45. Fransa – Azərbaycan

22:45. İslandiya – Ukrayna

13 oktyabr

22:45. İslandiya – Fransa

22:45. Ukrayna – Azərbaycan

13 noyabr

21:00. Azərbaycan – İslandiya

23:45. Fransa – Ukrayna

16 noyabr

21:00. Azərbaycan – Fransa

21:00. Ukrayna - İslandiya

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


tag: İdman,Azərbaycan millisi,DÇ-2026,Matç,todaypress.az,