DÇ-2026: Favoritlərdən uğurlu start

İdman

22.03.2025 09:10

1345

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları start götürüb.

TodayPress xəbər verir ki, ilk oyun günündə H, G və K qruplarında I turun görüşləri keçirilib.

K qrupunda İngiltərə Albaniyanı Maylz Luis-Skelli və Harri Keynin qolları ilə məğlub edib 2:0. Latviya isə səfərdə Andorradan üstün olub 1:0. 

G qrupunda Polşa Robert Levandovskinin son dəqiqələrdə vurduğu qolla Litvaya qalib gəlib 1:0. Finlandiya isə səfərdə Maltanı Oliver Antmanın yeganə qolu ilə üstələyib. 

H qrupunun mərkəzi matçında Bosniya və Herseqovina çətin Rumıniya səfərindən Armin Qiqoviçin yeganə qolu ilə qələbə ilə qayıtmağı bacarıb 1:0. Kipr isə dogma meydanda San Marinonu İoannis Pittas və Andronikos Kakulisin qolları ilə məğlub edib 2:0.   

Namiq HUN

tag: Futbol ,Avropa ,İngiltərə,Albaniya,Maylz Luis-Skelli,todaypress.az,