DÇ-2026: Azərbaycan millisinin rəqibləri məlum oldu
Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb.
TodayPress xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunub.
Püşkatmada Azərbaycan millisinin rəqiblərinin də adına aydınlıq gəlib.
D qrupunda yer alan milli Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə mübarizə aparacaq.
Dünya çempionatının Avropa seçmə mərhələsi 2025-ci ilin mart ayında start götürəcək. Seçmə mərhələnin yarışları 12 qrupda keçiriləcək. 5 komandalı qruplarda oyunlar 2025-ci ilin martında, 4 komandalı qruplarda isə sentyabrda başlayacaq. Qrup mərhələsi noyabrda başa çatacaq. Seçmə mərhələyə isə 2026-cı martında baş tutacaq pley-off oyunları ilə yekun vurulacaq.
Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də təşkil olunacaq. Mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.
Namiq HUN
tag: Azərbaycan ,Milli ,Seçmə ,Püşk ,todaypress.az,