DÇ-2026: Argentina və Braziliyadan darmadağın
İdman
16.10.2024 11:35
Futbol üzrə 2026-cı il Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində X turun oyunları keçirilib.
TodayPress xəbər verir ki, lider Argentina millisi Boliviya yığmasını darmadağın edib 6:0. Lionel Messinin het-trik etdiyi matçda Lautaro Martines, Xulian Alvares və Tyaqo Almada hərəyə bir dəfə fərqləniblər.
Braziliya isə Peruya qalib gəlib 4:0. “Sambaçılar”ın heyətində Rafinya iki qol vurub. Andreas Pereyra və Luis Enrike hərəyə bir dəfə fərqləniblər.
Turun digər oyunlarında Kolumbiya Çiliyə (4:0), Paraqvay Venesuelaya (2:1) hesabı ilə qalib gəlib. Uruqvay – Ekvador matçı heç-heçə başa çatıb (0:0).
Namiq HUN
tag: Cənubi Amerika ,Boliviya, Messi ,Argentina ,Sambaçılar, todaypress.az,