David Luis “Fortaleza” ilə anlaşdı

İdman

21.01.2025 17:35

“Çelsi” və PSJ klublarının sabiq müdafiəçisi David Luis özünə yeni komanda tapıb.   

TodayPress xəbər verir ki, o, karyerasını vətəni Braziliyada davam etdirəcək.  37 yaşlı futbolçu “Fortaleza” klubuna keçib.   

Luis yeni klubu ilə 2026-cı ilin sonunadək müqavilə imzalayıb.

Anlaşmada bir illik uzadılma barədə bənd də yer alıb. 

Qeyd edək ki, “Flamenqo”dan ayrılandan sonra klubsuz qalan Luis yeni komandasına azad agent kimi qoşulub.   

Namiq HUN

tag: Çelsi,PSJ,Klub,David Luis ,Todaypress.az,