Davam yoxsa Tamam? – Makqreqor qərarını verdi
İdman
24.06.2024 15:43
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə qalibi olan Konor Makqreqor karyerası ilə bağlı qərarını açıqlayıb.
TodayPress xəbər verir ki, irlandiyalı döyüşçü karyerasını bitirməyəcəyini deyib. O, müqaviləyə əsasən, 2 döyüş keçirəcəyini bildirib.
“Azarkeşlər buna layiqdirlər və biz məqsədə yaxınlaşırıq. Düzdür, konsentrasiyanı itirdim, məşqdə özümü qoruya bilmədim. Zədələndim. İndi bir neçə həftə gözləməliyəm. Növbəti dəfə 100 faiz hazır olacağam. Mən yenidən qayıdacağam. Müqaviləmin bitməsinə iki döyüş qalıb” Konor deyib.
Qeyd edək ki, zədə səbəbindən Makqreqorun UFC 303-də Maykl Çendlerə qarşı görüşü baş tutmayıb.
Namiq HUN
tag: Makqreqor, Azarkeş,Döyüş, Maykl Çendler, Görüş, todaypress.az,