Danışmaq gümüşdürsə, susmaq qızıldır
Dünya Ralli Çempionatının (WRC) iştirakçıları kollektiv bəyanat yayıblar.
TodayPress xəbər verir ki, sürücülər Keniyada keçiriləcək mərhələ yarışında müsahibə verməyəcəklərini açıqlayıblar.
Onlar söyüş qadağasına görə boykot elan ediblər. Qərar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) sərt cəzalarına cavab olaraq verilib.
“FIA prezidentinə qaydalara dəyişikliklər edilməsi xahişi ilə müraciət etdik. Biz onları izləyə biləcəyimizə zəmanət verə bilmərik. Birlik üzvləri müsahibə verməmək və ya danışmamaq qərarına gəliblər. Azarkeşlərdən üzr istəyirik” bəyanatda bildirilir.
Qeyd edək ki, “Hyundai” komandasının sürücüsü Adrian Fourmaux İsveçdə keçirilən mərhələdə söyüş söydüyünə görə 10 min avro cərimələnib.
Namiq HUN
tag: Adrian Fourmaux,Ralli,Yarış,Cərimə,Qərar,Qadağa,Todaypress.az,