Danışılmış oyunlardan yazan Kampusano cəzalandırıldı

İdman

13.12.2024 13:49

“Atletiko Nasional” klubunun futbolçusu Xorman Kampusano 4 oyunluq cəzalandırılıb.

TodayPress xəbər verir ki, o, Kolumbiya futbolunda danışılmış oyunların mövcud olması ilə bağlı yazdığı posta görə günahkar sayılıb. 

Komandasının “Millonarios”la qarşılaşmasında hakimlərin işi futbolçunun qəzəbinə səbəb olub. Oyundan sonra o, sosial şəbəkə hesabında post yazaraq insanları Kolumbiya futbolunda mövcud olan danışılmış oyunları görməyə çağırıb.

Qeyd edək ki, Xorman Kampusano 4 oyunluq diskvalifikasiya ilə yanaşı, 4,5 min ABŞ dolları məbləğində də cərimələnib.

Namiq HUN

tag: Atletiko Nasional,Xorman Kampusano,Futbolçu,Millonarios,Oyun,todaypress.az,