Danimarka komanda yarışının qalibi oldu
İdman
18.10.2024 16:40
Bakıda keçirilən “TeamGym” üzrə Avropa çempionatının ilk qızıl medalını Danimarka komandası qazanıb.
TodayPress xəbər verir ki, kişilərdən ibarət komandaların yarışının qalibi danimarkalı gimnastlar olub.
Onlar 56.300 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub.
İsveç komandası çempionatın gümüş (53.550), Norveç isə bürünc (52.700) medalına layiq görülüb.
Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdığı komanda yarışıdır.
Yarışa 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut).
Namiq HUN
tag: Danimarka, Avropa, Yarış, TeamGym, Gimnastika, todaypress.az,