Danimarka həndbolçularından ardıcıl 4-cü dünya çempionluğu
İdman
03.02.2025 09:53
Danimarkanın kişilərdən ibarət həndbol millisi dünya çempionatının qalibi olub.
TodayPress xəbər verir ki, danimarkalı həndbolçular finalda Xorvatiya yığma komandasına 32:26 hesabı ilə qalib gələrək, dördüncü dəfə dünya çempionu adını qazanıblar.
Danimarka millisi 2019-cu ildən dünya çempionu titulunu qoruyur.
Mundialda 3-cü yeri Portuqaliya yığmasına 35:34 hesabı ilə qalib gələn Fransa komandası tutub.
Namiq HUN
tag: Danimarka,Həndbol,Dünya,Çempion,Todaypress.az,