Dalot xeyriyyə kampaniyasına qoşuldu

İdman

25.12.2024 15:50

“Mançester Yunayted” klubunun futbolçusu Dioqo Dalot nümunəvi addım atıb.

TodayPress xəbər verir ki, müdafiəçi könüllü olaraq Mançester şəhərində xeyriyyə kampaniyasına qoşulub. 

Milad ərəfəsində ehtiyacı olan insanlara yardım edən portuqaliyalı futbolçu cəmiyyətin ən həssas təbəqəsinə qayğı göstərməyin vacib olduğunu qeyd edib.

Dioqo Dalot 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir.

Namiq HUN

tag: Mançester Yunayted,Dioqo Dalot,Milad ,todaypress.az,