Daha iki futbolçunun "Qarabağ"ı tərk edəcəyi açıqlandı

İdman

21.04.2025 21:30

14

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.

TodayPress xəbər verir ki, daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.

Ağdam təmsilçisi Amin Ramazanovla vidalaşacaq.

Onun klubla müqavilə müddəti yayda başa çatacaq. Lakin tərəflər yeni sözləşmə imzalamayacaqlar.

Həmçinin "Qarabağ" Sadiq Ramazanovun gedişinə də şərait yaradacaq.

Gənc qapıçını Serbiyanın "İMT Beoqrad" klubu heyətinə qatmaq istəyir. Ağdam təmsilçisi isə bunun reallaşması üçün qolkiperlə yollarını ayıracaq.

tag: Qarabağ,Futbolçu,Sadiq Ramazanov,"İMT Beoqrad,Serbiya, todaypress.az,