Daha çox qola üzülən “Kəpəz”dən antirekord

İdman

09.12.2024 12:58

Azərbaycan çempionatında son 16 mövsümün antirekordu qeydə alınıb. 

TodayPress xəbər verir ki, Premyer Liqanın XVI turunda “Zirə”yə (0:4) uduzan “Kəpəz” 39 qol buraxıb.

2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.

Daha çox qola üzülən sonuncu komanda “Bakılı” olub. Paytaxt təmsilçisi 2008/2009 mövsümündə 16 qarşılaşmada 41 dəfə topu qapısından çıxartmalı olub.

Tarixin antirekordu isə 1996/1997 mövsümünün 16 turunda 82 qol buraxan “Şəmkir”ə məxsusdur.

Namiq HUN

tag: Qol, Zirə, Kəpəz, Oyun, Liqa,todaypress.az,