Daha bir veteran cüdoçumuz qızıl medal qazandı

İdman

06.11.2024 12:05

Veteran cüdoçular ABŞ-nin Las-Veqas şəhərində keçirilən dünya çempionatında ikinci qızıl medalı aktivlərinə yazıblar. 

TodayPress xəbər verir ki, Mərdan Qədirli (90 kq) M1 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

M3 kateqorisyasında yarışan İntiqam Ələkbərov (100 kq) bürünc mükafat əldə edib.

Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq, M8) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. 

Namiq HUN

tag: ABŞ, Cüdo, Mərdan Qədirli, İntiqam Ələkbərov, Fərhad Rəcəbli, todaypress.az,