Daha bir peşəkar idmançı həyatdan getdi
Futbol üzrə Argentina yığma komandasının sabiq qolkiperi Uqo Qatti paytaxt Buenos-Ayresdə vəfat edib.
TodayPress AS nəşrinə istinadən xəbər verir ki, Qatti 80 yaşında, 2 ay əvvəl qəzaya düşdükdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Omba nahiyəsindən əməliyyat olunan Uqonun bədəninə infeksiya düşüb və səhhəti pisləşib.
Xatırladaq ki, Uqo Qatti karyerası ərzində “Atlanta Buenos Ayres”, “River Pleyt”, “Ximnasiya Esqrima”, “Union Santa Fe” və “Boka Xuniors” klublarında çıxış edib.
O, iki dəfə Libertadores kuboku turnirinin qalibi olub.
Onun aktivində Qitələrarası Kubok turnirinin baş mükafatı da var. Qatti Argentina millisində 18 matç keçirib.
Namiq HUN
tag: Argentina,İdmançı,Uqo Qatti,Vəfat,Todaypress.az,