Daha bir güllə atıcımız Paris Paralimpiadasında iştirak edəcək

İdman

17.07.2024 17:35

Paris-2024 Yay Paralimpiya Oyunlarına yollanacaq idmançıların sayı 14-ə çatdı.

TodayPress xəbər verir ki, para atıcılıq üzrə milli komandamızın üzvü Aybəniz Babayeva Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.

Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ verilib.

Namiq HUN

tag: Paris 2024, Aybəniz Babayeva, İdmançılar, Atıcılıq, Beynəlxalq, todaypress.az,