Daha bir güləşçisi dünya çempionatında bürünc medal qazandı
İdman
23.10.2024 22:15
Azərbaycanın daha bir yunan-Roma güləşçisi
Xasay Həsənli Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının
bürünc medalını qazanıb.
TodayPress verir ki, 77 kq çəki dərəcəsində mübarizə
aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə gürcüstanlı Temuri Orjonikidze
ilə üz-üzə gəlib.
7:1 hesabı ilə qələbə qazanan Həsənli fəxri kürsünün
üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, güləşçilərimizdən daha əvvəl Nihad Quluzadə
(60 kq) bürünc, Rəşad Məmmədov (55 kq) isə gümüş medala sahib çıxıb.
tag: Bürünc Medal, Gürcüstan, Temuri, Nihad Quluzadə, Xasay Həsənli, todaypress.az,