Daha bir futbol əfsanəsi vəfat etdi

İdman

18.01.2025 09:25

“Mançester Yunayted” klubunun və Şotlandiya millisinin keçmiş futbolçusu Denis Lou 84 yaşında vəfat edib.   

TodayPress “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə onun ailəsi bildirib.  “Dərin kədər hissi ilə sizə bildiririk ki, atamız Denis Lou, vəfat edib.

O, Altshaymer xəstəliyi ilə ağır mübarizə aparırdı, amma indi, nəhayət, rahatlıq tapıb” ailənin bəyanatında vurğulanıb. 

Qeyd edək ki, Lou ”Mançester Yunayted”ın heyətində 11 il top qovub. O, bu müddət ərzində üç dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu qazanıb və 1968-ci ildə qitənin ən mühüm futbol mükafatı olan Avropa Çempionlar Kubokunu başı üzərinə qaldırıb.   

Denis Lounun “Mançester Yunayted” üçün 404 oyunda vurduğu 237 qol klubun tarixində ən yaxşı nəticələr sırasındadır. 

O, 1964-cü ildə Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl Top”a layiq görülüb.   

Namiq HUN

tag: Futbol,Mançester Yunayted,Şotlandiya millisi,Denis Lou,Vəfat,Todaypress.az,