Daha bir əfsanənin dövrü bitdi
Tomas Müllerin “Bavariya” missiyası başa çatdı.
TodayPress xəbər verir ki, Münhen təmsilçisi ilə danışıqları yekunlaşdıran 35 yaşlı futbolçu mövsümün sonunda komandanı tərk edəcək.
2000-ci ildən "Bavariya"da top qovan hücumçu bir çox rekordlara imza atıb.
O, “cənub ulduzu” ilə 12 dəfə Almaniya çempionu olub, 7 dəfə ölkə kubokunu, 8 dəfə Superkuboku qazanıb.
Müller iki dəfə UEFA Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.
741 görüşdə “Bavariya”nın formasını geyinən forvard 247 qol və 273 ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Tomas Müller,Bavariya,Münhen,Futbol,Karyera,Todaypress.az,