Daha bir əfsanə qərar verdi

İdman

04.12.2024 17:40

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda klubu tərk etmək istəyir.

TodayPress xəbər verir ki, 39 yaşlı xorvatiyalı “kral klubu”ndan ayrıldıqdan sonra karyerasını bitirmək niyyətində deyil. 

O, gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Los Blankos”da çıxış edir. Cari mövsüm xorvatiyalı yarımmüdafiəçi bütün turnirlərdə 20 oyun keçirib və 3 məhsuldar ötürmə edib. 

Onun “Real” ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Namiq HUN




tag: Klub,Luka Mordiç,Müdafiə,Mövsüm, todaypress.az,