Daha bir əfsanə futbolla vidalaşdı
İdman
09.12.2024 10:35
Nani kimi tanınan portuqaliyalı futbolçu Luiş Karluş Almeyda da Kunya peşəkar karyerasını başa vurub.
TodayPress xəbər verir ki, o, cinah yarımmüdafiəçisi 38 yaşında bu addımı atıb.
Naninin son klun "Eştrela" olub. Futbolçu sosial şəbəkə hesabında paylaşım edərək, futbolla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, Nani karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Fənərbaxça", "Valensiya", "Latsio" və "Adana Dəmirspor" kimi klublarda çıxış edib.
O, 4 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.
Yarımmüdafiəçi Portuqaliya yığmasının heyətində 112 oyunda 23 qol vurub. Nani 2016-cı il Avropa çempionatının qalibidir.
Namiq HUN
tag: Futbol, Liqa ,Hesab, Klub, todaypress.az,