Daha bir cüdoçumiz bürünc medal qazana bilər
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Monteneqroda keçirilən Avropa çempionatında bürünc medal qazana bilər.
TodayPress xəbər verir ki, yarımfinalda Danil Lavrentevə (İJF) məğlub olan Məmmədəliyev üçüncü yer uğrunda görüşə çıxacaq.
Rəşid 1/16 finalda Benjamin Levini (Böyük Britaniya) məğlub edib.
O, ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub.
Məmmədəliyev 1/4 finalda Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qalib gəldiyi Joan-Benjamin Qabanı (Fransa) sınağa çəkib.
Rəşid onunla dueldən qalib ayrılaraq yarımfinala yüksəlsə də, uğurlu seriyanı davam etdirə bilməyib.
Podqoritsa turnirində Fidan Əlizadə 1/16 finalda Anastasiya Sokiryanska (Latviya) üzərində qələbə qazansa da, ikinci görüşündə Benta Ndiaye (İsveçrə) uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, yarışın ilk günündə Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.
Namiq HUN
tag: Rəşid Məmmədəliyev,Cüdo,Bürünc,Medal,Todaypress.az,