Daha bir bədii gimnast karyerasını bitirdi
Azərbaycanlı bədii gimnast Arzu Cəlilova peşəkar idmandan getdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı sosial şəbəkə hesabında karyerasını başa vurmasından danışıb:
“Bu həm son, həm də yeni başlanğıcdır. Belə post yazacağımı heç vaxt düşünməmişdim. Uzun illər həyatımın bir parçası ilə vidalaşmaq üçün söz tapmalı olacağım ağlımdan belə keçmirdi".
2022-ci ildə aldığı zədələri Cəlilovanı bu addımı atmağa məcbur edib.
"Zədə iki illik ağrılara, əməliyyatlara və qoltuq ağaclarına səbəb oldu. Geri qayıtmaq üçün mübarizə apardım. 2023-cü ildə qayıtmağa çalışdım, amma bədənim hazır deyildi. Sonra 2024-cü ildə yenidən cəhd etdim. Bir anlıq həqiqətən inandım ki, bu dəfə biz bunu bacardıq. Bu dəfə qalib gəldim. Ancaq bəzən nə qədər güclü olsanız da, bəzi şeylər sizin nəzarətinizdən kənarda olur. İndi isə bütün bunlardan sonra ən çətin qərarı verməliyəm - gimnastikadan rəsmən ayrılıram".
Namiq HUN
tag: Azərbaycan,Gimnast,Arzu Cəlilova,Karyera,Todaypress.az,