Daha 2 cüdoçumuz yarımfinal mərhələsinə yüksəldi

İdman

25.04.2025 15:55

7

Monteneqroda cüdo üzrə Avropa çempionatı davam edir.   

TodayPress xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan cüdoçuları uğurlu çıxışla ilə diqqət çəkiblər. 

Zelim Tçkayev (81 kq) 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə güləşib. Qələbə qazanan cüdoçumuz növbəti mərhələlərdə Dorin Qotonoaqa (Moldova) və Antonio Esposito (İtaliya) ilə duellərdən də qalib ayrılıb.

O, yarımfinalda Tato Qriqalaşvili ilə qarşılaşacaq.   

Murad Fətiyev (90 kq) 1/16 finalda Aleksandr Sidorik (IJF) üzərində inamlı qələbə qazanıb. O, 1/8 finalda İslam Soqenovla (Serbiya) mübarizədən də qalib ayrılıb.

Fətiyev növbəti görüşündə Luka Maysuradzeni (Gürcüstan) də üstələyib. Murad finala aparan yolda Kristian Parlati (İtaliya) ilə güləşəcək. 

Qeyd edək ki, Avropa çempionatında milli üzvlərindən hələlik Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.   

Namiq HUN

tag: Azərbaycan,Cüdo,Çempionat,Uğur,Todaypress.az,