Daha 2 boksçumuz lisenziya turnirində mərhələ adladı

İdman

28.05.2024 19:50

1472

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir. TodayPress xəbər verir ki, yarışın növbəti günü Azərbaycan millisinin daha 2 üzvü rinqə çıxıb.

Şamil Əsgərov (57 kq) 1/16 finalda Rujakran Jantronqla (Tailand)  üz-üzə gəlib. Görüş boksçumuzun 3:0 (30:26, 28:28, 30:26, 29:27, 28:28) hesablı qələbəsi ilə başa çatıb. Əsgərov üçüncü döyüşündə Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkəcək. Döyüş mayın 30-da olacaq.

Zeynəb Rəhimova da adını 1/8 finala yazdırıb. 54 kq-da çıxış edən boksçumuz ilk döyüşündə İtati Zuletanı (Boliviya) mübarizədən kənarlaşdırıb. O, 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. Rəhimova növbəti görüşünü iyunun 1-də Ornella Havyarimanaya (Burundi) qarşı keçirəcək.

Lisenziya turniri iyunun 3-də başa çatacaq.

tag: Boks, Olimpiya Təsnifatı, İdman, todaypress.az,