Dağıstanlı döyüşçü çempion kəmərini qorudu
İdman
02.06.2024 14:15
İslam Mahaçev üçüncü dəfə yüngül çəkidə UFC çempionluğunu qorudu. TodayPress xəbər verir ki, Dastin Puarye ilə döyüş heç də gözlənildiyi kimi alınmadı. Mahaçev çətin döyüşdə Puaryeni məğlub etdi.
Puaryenin Mahaçevə rəqib olacağı apreldə baş tutan UFC 300-dən sonra məlum olub. Turniri qazanan Arman Tsarukyana Mahaçevlə titul döyüşü təklif olunsa da, o, xüsusi hazırlığı və ay yarım ərzində iki çəki salmanın çətinliyini nəzərə alaraq imtina edib. Nəticədə ona qədər qalib olan Puarye Rusiya çempionunun rəqibi olub.
İslam titul savaşında əsl dağlı xarakterini göstərdi. Dağıstanlı döyüşçü beşinci raundda rəqibini boğdu. Gilyotin işə yaramasa da, D'Arsın boğulması işə yaradı. Və Mahaçev çox çətin döyüşdə çempion kəmərini qorudu.
İslama uduzan 35 yaşlı Puarye 15 illik peşəkar karyerasını məğlubiyyətlə bitirə bilər.
Namiq HUN
tag: MMA, UFC,İslam Mahaçev,D'Arsın, İdman, todaypress.az,