Dağ xizəkçisi məşqdə yıxılaraq vəfat etdi
İdman
29.10.2024 16:10
İtalyalı dağ xizəksürəni Matilda Lorentsi məşq zamanı yıxıldıqdan sonra aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
TodayPress Beynəlxalq Xizəksürmə və Snoubord Federasiyasının (FIS) mətbuat xidməti məlumatına əsasən xəbər verir ki, hadisə Val Senale dağında baş verib.
İdmançını xəstəxanaya aparsalar da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Matilda Lorentsi bu il dağ xizəkçiliyinin supergigant növündə İtaliya çempionu olub.
Namiq HUN
tag: Matilda,İtaliya, Xizəksürmə,Ölüm, todaypress.az,