Dadaşov futboldan kənarda qaldı
Azərbaycan millisinin və "Ankaragücü" klubunun hücumçusu Renat Dadaşov əməliyyat olunub.
TodayPress "Ankaragücü" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat olunan Dadaşov 4-6 həftədən sonra məşqlərə başlayacaq.
Qeyd edək ki, Renat bu mövsüm 1-ci liqada meydana çıxdığı 9 oyunda 2 qol vurub və 1 məhsuldar ötürməsi edib.
Namiq HUN
tag: Azərbaycan, Ankaragücü, Renat Dadaşov, Əməliyyat, Məşqlər,todaypress.az,