Dadaşov “Dinamo”ya qələbə qazandırdı
Almaniyada Şimal-Şərq Regional Liqasının XXXIII turu Rüfət Dadaşova düşərli olub.
TodayPress xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu şərəfini qoruduğu Berlin “Dinamo”suna səfərdə “Herta”nın ikinci komandası ilə qarşılaşmada 2:1 hesablı qələbə qazandırıb.
Startdan meydanda olan Dadaşov dəqiq penalti zərbəsi ilə oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, 33 yaşlı forvard cari mövsüm “Dinamo”nun heyətində meydana çıxdığı 34 oyunda 18 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Rüfət Dadaşov,Dinamo Berlin,Final,Qələbə,Todaypress.az,