Dadaşov “Dinamo Berlin”i finala yüksəltdi
Azərbaycanlı forvard Rüfət Dadaşov “Dinamo Berlin” klubunu Şimal-Qərbi Regional Liqası kubokunun finalına yüksəldib.
TodayPress xəbər verir ki, o, “Alqlinik”lə yarımfinal qarşılaşmasının əlavə vaxtında cütün qalibini müəyyən edən həlledici qolunun müəllifi olub.
Bu qol sayəsində 3:2 hesabı ilə qalib gələn “Dinamo Berlin Şimal-Qərbi Regional Liqası kubokunun finalına yüksəlib.
Mayın 24-də keçiriləcək həlledici matçda “Dinamo Berlin” “BSV Ayntraxt Mahlsdorf" klubu ilə qarşılaşacaq.
Namiq HUN
tag: Rüfət Dadaşov,Dinamo Berlin,Final,Qələbə,Todaypress.az,