Çupo-Motinq “Nyu-York Red Bullz”la anlaşdı

İdman

29.11.2024 14:35

“Bavariya”nın sabiq futbolçusu Erik Maksim Çupo-Motinq MLS-ə gedir.

TodayPress xəbər verir ki, kamerunlu hücumçu “Nyu-York Red Bullz” klubu ilə müqavilə imzalayacaq. 

Yeni klubunda tibbi müayinədən keçən futbolçunun anlaşması 2 illik olacaq. 

Çupo-Motinq yeni klubuna azad agent kimi qoşulacaq.

Qeyd edək ki, ötən mövsümü “Bavariya”da keçirən 35 yaşlı forvard Bundesliqanın 27 oyununda 2 qol vurub.

Namiq HUN

tag: Bavariya,Nyu-York Red Bullz,Bundesliqa,Erik Maksim Çupo-Motinq,todaypress.az,