Cüdoçumuz mundialın bürünc medalını qazandı
İdman
04.10.2024 16:15
Tacikistanda gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.
TodayPress xəbər verir ki, Düşənbə turnirinin üçüncü günündə Azərbaycan cüdoçusu Süleyman Şükürov (81 kq) çıxışını bürünc medalla başa vurub.
Milli üzvü çıxışına ikinci mərhələdən başlayıb. Serbiya və Cənubi Koreya təmsilçilərinə qalib gələn Şükürov 1/4 finala yüksəlib. Cüdoçumuz yarımfinala aparan yolda Niderlandlı həmkarına məğlub olub. Süleyman bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Qarşılaşmadan qalib ayrılan Şükürov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bu millimizin mundialda ilk mükafatıdır.
Namiq HUN
tag: Tacikistan ,Cüdo ,Azərbaycan ,Niderland, Cənubi Koreya ,Şükürov ,todaypress.az,