Cüdoçumuz erməni rəqibini tatamiyə çıxmağına peşman etdi
Bolqarıstanda yeniyetmə cüdoçuların Avropa çempionatı keçirilir. Azərbaycan cüdoçuları tatami üzərində bacarıqlarını göstərirlər.
TodayPress xəbər verir ki, Cəsur İbadlı (73 kq) Sofiya turnirində keçirdiyi ikinci qarşılaşmasında Ermənistan cüdoçusu Tiqran Sabukhanyandan üstün olub.
Qeyd edək ki, Azərbaycan millisi çempionatda 19 idmançı ilə təmsil olunur. Komandamızın aktivində iki medal var. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) Avropa çempionatının bürünc mükafatına sahib olub.
Namiq HUN
tag: Cüdo, Azərbaycan, Cəsur İbadlı, Komanda, Bolqarıstan, todaypress.az,