Cüdoçumuz bürünc medal qazana bilər

İdman

23.04.2025 17:06

18

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqroda keçirilən Avropa çempionatında bürünc medal uğrunda yarışacaq. 

TodayPress xəbər verir ki, o, təsəlliverici görüşdə milli komandanın digər üzvü Turan Bayramovu məğlub edib. 

Podqoritsa turnirində tatamiyə çıxan milli üzvlərindən Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə rəqiblərinə uduzaraq medal şanslarını itiriblər. 

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsi üzrə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir.

Millimiz həmçinin qarışıq komanda yarışında da mükafatlar uğrunda  mübarizə aparacaq.   

Namiq HUN

tag: Avropa,Cüdo,Əhməd Yusifov,Medal,Todaypress.az,