Cüdoçumuz Avropa Kubokunda üçüncü oldu
İdman
08.07.2024 10:11
Gənc cüdoçuların Çexiya Respublikasında keçirilən Avropa Kuboku başa çatıb.
TodayPress xəbər verir ki, millimizin Praqa turnirindən qazancı 1 bürünc medal olub.
Son yarış günü Aslan Kotsoyev (90 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Milli üzvlərində Davud Namazlı və İsmayıl Zamanov (hər ikisi +100 kq) 3-cü yer uğrunda görüşdə uduzaraq, Avropa kubokunu 5-ci pillədə başa vurublar.
Namiq HUN
tag: Cüdo, Avropa, Aslan Kotsoyev, Davud Namazlı, İsmayıl Zamanov, todaypress.az,