Cüdoçumuz Avropa Kubokunda qızıl medal qazandı
Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç
şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, 52 kq çəki dərəcəsində
tatamiyə çıxan idmançı müvafiq olaraq Moldova, İsveç, Kanada və
Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb.
Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub
edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.
Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14
qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak
edir.
tag: İdmançı, Qızıl Medal, Cüdo,Xorvatiya, Poreç, todaypress.az,