Cüdoçumuz Avropa çempionu oldu
İdman
10.11.2024 07:38
Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin
təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında Avropa Kuboku start götürüb.
TodayPress xəbər
verir ki, ilk gündə 4 çəkidə qaliblər bəlli olub.
Millimiz bu gün
1 medal qazanıb.
55 kq çəki
dərəcəsində Bayram Oruclu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuz
finalda serbiyalı Aleksa Miloşeviçə qalib gəlib.
Qeyd edək ki,
turnirdə 29 ölkədən 614 idmançı qələbə uğrunda mübarizə aparır.
tag: Cüdo, Azərbaycan, Medal, Bayram Oruclu, Qələbə,todaypress.az,