Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
İdman
16.11.2024 20:23
Azərbaycan cüdoçusu Ömər
Rəcəbli Polşanın Pila şəhərində keçirilən 23 yaşadək gənclər arasında Avropa
çempionatında bürünc medal qazanıb.
TodayPress xəbər
verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda
görüşdə İsrail təmsilçisi Yaniv Aqranovu məğlub edib.
Bununla da
Azərbaycan cüdoçuları qitə çempionatında medallarının sayını 5-ə çatdırıb. Daha
əvvəl Fidan Əlizadə (57 kiloqram) və Hüseyn Allahyarov (60 kiloqram) qızıl,
Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc
mükafata layiq görülüb.
Qeyd edək ki,
noyabrın 17-dək davam edəcək turnirdə Azərbaycan 11 çəki dərəcəsində 15 idmançı
ilə təmsil olunur.
tag: Ömər Rəcəbli, Polşa, Pila, Avropa, İsraill, Bürünc Medal, todaypress.az,